Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.
"Report" xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.
Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.
00:14***
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub. "Report" bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.