Şəfəqə Doğru » Manşet » İran ermənilərə PUA verəcəkmi?

İran ermənilərə PUA verəcəkmi?

İran ermənilərə PUA verəcəkmi?

Ermənistan İrandan zərbə PUA-ları almağa hazırlaşır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 22 ölkə rəsmi müraciət edib. Onların arasında Ermənistan da var.

 

"İranın pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digərləridir", - general deyib.

 

Bəs, İran Ermənistana PUA verəcəkmi?

 

Shafaqadogru.com  məlumatına görə, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdiyini xatırladan politoloq Elxan Şahinoğlu bildirib ki, xarici işlər naziri İrəvana gedərək Ermənistana dəstəyini ifadə edib.

 

"Yerdə qalır Tehranın Ermənistana pilotsuz uçuş aparatları satmağı. Gedişat buna doğru gedir. Tehranın məntiqi belə olacaq: “Azərbaycan İranın düşməni İsraildən pilotsuz uçuş aparatları alırsa, biz də Azərbaycanın düşməni Ermənistana pilotsuz uçuş aparatları sata bilərik”.

 

İsrail bizə hava sahəsini qorumağa imkan verən “Dəmir günbəz” satarsa, Ermənistanın Azərbaycana qarşı istifadə etməyi planlaşdırdığı İran istehsalı olan dronların faydası olmayacaq, sadəcə bu “izdivac” onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərində daha dərin çat yaradacaq. Seçim Tehranındır", - deyə politoloq qeyd edib.