Bakı metropoliteni metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Alp.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır:
“Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyi nəzərdə tutulmayıb”.