Şəfəqə Doğru » Manşet » İsmayıllıda qəza - Bir nəfər ölüb, iki nəfər xəsarət alıb

İsmayıllıda qəza - Bir nəfər ölüb, iki nəfər xəsarət alıb

İsmayıllıda qəza - Bir nəfər ölüb, iki nəfər xəsarət alıb

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Shafaqadogru.com  xəbər verir ki, hadisə dünən saat 16 radələrində qeydə alınıb. Belə ki, rayon ərazisində Fazil Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq əkin sahəsinə yuvarlanıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlərdən biri, sürücünün həyat yoldaşı,1961-ci il təvəllüdlü Soltankənd kənd sakini Fatma Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.