Şəfəqə Doğru » Manşet » "Rus generallar nüvə silahından istifadə ilə bağlı müzakirə aparıb" - "The New York Times"

"Rus generallar nüvə silahından istifadə ilə bağlı müzakirə aparıb" - "The New York Times"

"Rus generallar nüvə silahından istifadə ilə bağlı müzakirə aparıb" - "The New York Times"

Rus generallar Putinin olmadığı görüşdə nüvə silahından istifadə ilə bağlı müzakirələr aparıblar.

Bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmiləri iddia ediblər ki, yüksək rütbəli Rusiya hərbi rəsmiləri Ukraynada taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəklərini müzakirə etmək üçün bu yaxınlarda bir araya gəliblər. Xəbərdə Rusiya Prezidenti Vladimir Putinin bu görüşdə iştirak etmədiyi bildirilir.

“Rusiya rəsmilərinin belə müzakirə aparması ABŞ-ı narahat edir. Əslində bu, rus generallarının meydandakı uğursuzluqlardan nə qədər məyus olduqlarının sübutudur. Bu, Putinin nüvə silahından istifadə ilə bağlı üstüörtülü hədələrinin sadəcə sözdən ibarət olmadığını göstərir”,- məlumatlı mənbə bildirib.

ABŞ rəsmiləri rusların cəbhədə nüvə silahı yerləşdirdiyinə və hücum üçün addımlar atdığına dair sübutların olduğunu vurğulayıblar.