Türkiyədə həyata keçirilən terrorla bağlı əsasən 3 versiya önə çıxır...
İstənilən ölkədə, eləcə də Türkiyədəki terror hadisəsini şərh etmək üçün ilk olaraq, bu suala cavab tapılmalıdır: "Bu terror hadisəsi kimə lazım idi?".
1. Uzun illər hər iki ölkə arasında yaşanan gərginlikdən sonra - bu ilin oktyabrında Türkiyə İsrailə səfir təyin etdi. Bu, İrana lazım deyildi.
Türkiyə-İsrail arasında ən xırda yaxınlaşmanı İran özünün təhlükəsizliyinə təhdid hesab edir. Türkiyə-İsrail arasındakı gərginliyi daha da dərinləşdirmək üçün İran 10 il ərzində böyük enerji və ciddi sərmayə sərf etmişdi.
2. Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi projelərin əsas təşəbbüskarı və öncülü olması hansı dövlətin maraqlarına ziddir?
Fransa və onun dəstəklədiyi Yunanıstanın, Ermənistanın...
3. Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmaq, vətəndaş narahatlığına nail olmaqla, onların siyasi iradələrinə təsir etmək kimlərə lazımdır?
Təbii ki, kürd qruplaşmalarına...
Samir Feyruzov