İndoneziyada 6 bal gücündə zəlzələ olub.
Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Sumatra adasının sahillərində qeydə alınıb.
Dağıntı və insan tələfatının olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Qeyd edək ki, İndoneziyanın Bali adasında G20 liderlərinin IX Zirvə Görüşü keçirilir.