Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.
Shafaqadogru.com xəbər verir ki, Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq.
Rusiya Prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub.
Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.
Qeyd edək ki, hazırda KTMT-yə Errmənistan sədrlik edir.