İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Hikmət Hacıyevdən sonra bu dəfə də Azərbaycan XİN-in mətbuat xidmətinin rəisi Ayxan Hacızadə ilə görüşüb. Nəyi necə etmək istədikləri anlaşılandır.
Deyəsən, rəsmi Bakı ilə qarşılıqlı SUSMA barədə anlaşma əldə edən fars-molla rejimi indi də Azərbayycan mətbuatının susması üçün qollarını çırmayıb.
Təbii ki, gözləri tezislərdə və MEDİA-nın boxçasında olanlar yeni gələ biləcək təlimata uyğun olaraq fars-molla rejiminin eybəcər üzünün ifşasını durdura bilərlər... Bəs NORMAL MEDİA?
Təbii ki bundan sonranın ağırlığı normal medianın üzərinə düşəcək.
VƏ ƏGƏR Kİ rəsmi Bakı fars-molla rejimi ilə ANLAŞARSA...
İran səfiri buna çalışır. Ola bilsin ki, rəsmi Bakı müəyyən qədər şiddəti azaltsın... Amma mümkün və inandırıcı deyil ki, İranla Azərbaycanın münasibətləri əvvəlki məcrasına qayıtsın...
Ona görə yox ki, tərəflər bir-birilərini kəskin formada ittiham ediblər... Ona görə ki, artıq münasibətlərdəki gərginlik geri dönüşümü imkansız edir.
Məsələn İran hələ də Ermənistanın "ərazi bütünlüyü"nü özünün QIRMIZI XƏTTİ hesab edir və bu "ərazi bütünlüyü" adı altında min-bir xəyallar qurub, hətta göründü ki Qarabağı da Ermənistanın "ərazi bütünlüyü" zonasına aid hesab edir.
Digər bir fakt: Hələ də Gorusda İranın konsulluğu fəaliyyət göstərir və Türkiyənin ardından molla rejimi yaxşı olardı ki Şuşada konsulluğunu açmağa maraq göstərsin, bunu etməyibsə, etməməsi bir yana əksini edərək Gorusda konsulluq açıbsa, deməli, İran səfirinin Bakıdakı çabaları əbəs yerədir.
Hər halda rəsmi Bakı bütün bunların üstündən SU İÇƏCƏK DURUMDA DEYİL, AĞALAR...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru