Şəfəqə Doğru » Manşet » 10 nəfər yanaraq ÖLDÜ

10 nəfər yanaraq ÖLDÜ

10 nəfər yanaraq ÖLDÜ

Çinin Sincan Uyğur Muxtar rayonunun paytaxtı Urumçi şəhərində yaşayış binasında güclü yanğın olub. Hadisə nəticəsində 10 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 

Shafaqadogru.com  xəbər verir ki, hadisə noyabrın 24-ü axşam saatlarında Urumçinin Tyanşan rayonunda baş verib.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını nəzarət altına ala biliblər. Bütün səylərə baxmayaraq, 10 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata əsasən, yanğında xəsarət alan 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir.