Shafaqadogru.com xəbər verir ki, bu haqda "Rezonans" jurnalist araşdırmaları mərkəzi öz "Youtube" kanalında məlumat yayıb.
Metrodan çəkilən videoda bir nəfərin platforma ilə necə getdiyi, qatar yaxınlaşanda isə bir yeniyetmənin oradan tullanaraq birbaşa onun üzünə bibər qazı səpdiyi, daha sonra isə yenidən vaqona minib gözdən itdiyi görünür. Sonradan zərərçəkmiş şəxsin 19 yaşlı Azərbaycan vətəndaşı olduğu bəlli olub.
Polisin verdiyi məlumata görə, olaydan öncə metro vaqonunda sözügedən yeniyetmə ilə azərbaycanlı gənc arasında naməlum səbəbdən mübahisə yaranıb.
Azərbaycan vətəndaşının adı-soyadı hələki açıqlanmır.
On beş yaşlı xuliqan saxlanılaraq polis şöbəsinə aparılıb, sonra isə valideynlərinə təhvil verilib. Cinayət işinin başlanması məsələsi həll olunur.