Milli Məclisin deputatı Fazil Mustafa Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı Prezident Sərəncamının olacağı barədə iddialara münasibət gətirib.
Shafaqadogru.com -un məlumatına görə, Fazil Mustafa Pravda.az-a açıqlamasında deyib ki, indiki şərtlərdə əfv gözlənilmir.
“Çünki bunun üçün hələ hazırlıq prosesi yoxdur. Bütün hallarda, yəqin ki, önümüzdəki il hansısa formada, hansısa müddətdə əfv nəzərdə tutula bilər. Lakin hazırda bu istiqamətdə çalışmalar getmir”, - deputat bildirib.