Şəfəqə Doğru » Manşet » ABŞ - dan Laçın yolundakı vəziyyətə REAKSİYA

ABŞ - dan Laçın yolundakı vəziyyətə REAKSİYA

ABŞ - dan Laçın yolundakı vəziyyətə REAKSİYA

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı vəziyyət və Rusiya Prezidenti Vladimir Putinin bu məsələ ilə bağlı iki tərəflə son danışıqlarını izləyib-izləmədiyi ilə bağlı sualı cavablandırıb.

Shafaqadogru.com  xəbər verir ki, Prays ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasında maraqlı olduğu fikrini təkrarlayıb.

“Biz ardıcıl olaraq bu çağırışa, gərginliyin azaldılması zərurətinə və bu iki ölkəninin davamlı, hərtərəfli nizamlanma yolunda irəliləməsinə yönəlmişik. Burada, Vaşinqtonda bu iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdik. BMT Baş Assambleyasının sammitində Nyu-Yorkda eyni şeyi etdik. Bundan əlavə, baş məsləhətçimiz Filip Riker hər iki ölkənin rəsmiləri ilə fəal şəkildə dialoq aparır, əlimizdən gələni edirik, ən əsası isə bu iki ölkə bu gərginliyi azaltmaq üçün əlindən gələni edir”, - ABŞ rəsmisi bildirib.