Şəfəqə Doğru » Manşet » Çin ilə Hindistan arasında müharibə təhlükəsi artır

Çin ilə Hindistan arasında müharibə təhlükəsi artır

Çin ilə Hindistan arasında müharibə təhlükəsi artır

Çin və Hindistan arasındakı sərhəd mübahisələrində daş və digər küt alətlərlə döyüşlərin davam etdiyi bir vaxtda, Hindistanın atdığı növbəti addım vəziyyəti daha da gərginləşdirib. Hindistan qarşıdurmanın baş verdiyi sərhəd bölgəsinə əsgər göndərərək təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib.

Bu ayın əvvəlində Çin əsgərləri ilə sərhəd toqquşmasından sonra Hindistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün bölgəyə çoxlu sayda əsgər göndərib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib ki, Çinlə 3479 kilometrlik sərhədə çoxlu sayda hərbçi yerləşdiriləcək:

“Bu gün Çin sərhədinə çoxlu sayda Hindistan ordusu yerləşdirilib. Bu rəqəmi artırmağımızın səbəbi 2020-ci ildən bəri artan Çin yerləşdirməsinə qarşı çıxmaqdır”.

Xatırladaq ki, bir qədər əvvəl Çin əsgərlərinin təcavüzü ilə başlayan sərhəd hərəkatında Hindistan və Çin əsgərləri dəyənək və daşlarla döyüşüblər. İddia olunur ki, yaranmış vəziyyət iki ölkə arasında daha böyük münaqişəyə çevrilə bilər.

2020-ci ilin iyununda, münaqişə zamanı 20-dən çox Hindistan əsgəri çubuqlarla döyülərək öldürüldükdən sonra iki ölkə arasında münasibətlər kəskinləşib.

Qeyd edək ki, münaqişə Faktiki Nəzarət Xətti (LAC) adlanan sərhəddə baş verir.

LAC-ın Hindistanın nəzarətindəki bölgəni Çinin nəzarətindəki bölgədən ayıran üç ayrı sektordan ibarət olduğu deyilir. Şərq sektoru (Arunaçal Pradeş və Sikkim), Mərkəzi sektor (Uttarakhand və Himaçal Pradeş) və Qərb sektoru (Ladax).

Uzun illərdir ki, iki ölkə arasında LAC ilə bağlı fikir ayrılığı yaranıb. Hindistan LAC-ı 3,488 km uzunluğunda hesab edir, çinlilər isə bunun cəmi 2000 km olduğunu bildirirlər. Orta sektorda isə Çin və Hindistan əsgərləri küt alətlərlə vuruşurlar.

Onu da qeyd edək ki, 1996-cı il müqaviləsinə əsasən, Himalay və Sikkim sərhədlərində Hindistan və Çin əsgərləri odlu silahdan istifadə etmirlər. Bu səbəbdən də sərhəd münaqişələri zamanı tərəflər bir-birini daş və zopalarla əzişdirirlər.