Avropa İttifaqı qaz qiymətləri üçün dinamik həddini meqavat-saat üçün 180 avro səviyyəsində təsdiqləyib.
Shafaqadogru.com bildirir ki, rəsmi qərar şuranın saytında dərc olunub.
Qərar 15 fevral 2023-cü ildə qüvvəyə minəcək və bir il müddətində qüvvədə olacaq. Hesabatda deyilir ki, bazara uyğunlaşma mexanizmi vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qiymətlərdən qorumaq məqsədi daşıyır.