Şəfəqə Doğru » Manşet » “Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur" - FOTOLAR

“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur" - FOTOLAR

“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur" - FOTOLAR
“Bundan sonra doğum günlərim sevənlərim, pərəstişkarlarım tərəfindən qeyd olunacaq. Hər kəs azaddır. Mənim də telefonum, qapım onların üzünə açıqdır. Bu gün də evimə gələnlər olub, sabah da olacaq. Çünki öncədən zəng edib, xahiş ediblər. Demək ki, mən bu sevgini, bu hörməti qazanmışam. Sənətdəki illərim hədər getməyib. Bunun özü də böyük bir zəhmətin, sənətə olan sevgimin nəticəsidir. Bəzi sənətkarlar özləri zəng edib, efirlərə deyir ki, mənim üçün ad günü et, gəlim. Yaxşı ki, sizlər varsınız, mənə stimul, ruh verirsiniz. Özümü xoşbəxt hiss edirəm, kədərin böyüklüyünə varmıram. O kədər mənim içimdədir, şükür Allahın böyüklüyünə, amma o qədər də kədərlənmirəm. Çünki siz mənə imkan vermirsiniz o kədəri yaşayım. Arzum, istəyim budur ki, insanlar bir-birinə qarşı mehriban olsun, xalqımız sağlam canla yaşasın. Heç vaxt analarımızın gözü yaşla dolmasın, təbəssümü solmasın. Ömrümün qalan hissəsini bilmirəm ki, necə yaşayacam? Amma yeni nəsili xoşbəxt, savadlı görmək istəyirəm” deyə sənətkar bildirib.
 
Nazpəri Dostəliyeva bildirib ki, dünyasını dəyişən Əli oğlunun övladı Moskvadadır.
“Əlinin övladı Azərbaycanda deyil, Moskvadadır. O anası ilə orada qalır. Amma Əkbərin övladları yanımdadır. Bu günlərdə Nurelin doğum günü idi. Nənə-bala, ailə çərçivəsində oturub qeyd etdik. Onu da təmtəraqlı bayram kimi keçirmədik” deyə müğənni bildirib.
Xalq artisti bildirib ki, yetişən gənc nəsil işlərində bir o qədər də məsuliyyətli deyil.
 
“Bizim nəsil sənətkarlar Sovet dövrünün qanunları, ciddiliyi ilə fəaliyyət göstərib. Biz həmin qayda-qanuna məsuliyyətlə yanaşmışıq. Bu gün kompyuter dövrüdür, cavanlarımız sərbəstdir. Həddindən artıq sərbəstdir, istədikləri kimi hərəkət edirlər. Bəzən heç valideynlərinin sözü onların yanlarında keçmir. Səhnənin ciddiliyinə varmırlar. Fikirləşirlər ki, əşi səhnədir də. Gəlirlər, gedirlər. Sənətə təsadüfi gələnlər bir müddət olacaq, sonra süzülüb gedəcək. Çünki yaşayan sənətdir, sənətkardır. Xalqa, millətə, sənət və sənətkar lazımdır” deyə xalq artisti bildirib.