Dekabr ayından başlayaraq, ilkin klinik əlamətlərindən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının sıçrayışlı artımı müşahidə edilir. Qrip və koronavirus əlamətləri olan epidemiya səhhəti zəif insanlarda ağırlaşmalara səbəb olub.
Bunun nəticəsidir ki, təcili yardıma çoxsaylı müraciətlər daxil olub., Bakıda və bölgələrdə xəstəxanalar yoluxmuş vətəndaşlarla dolub-daşıb. Bu da əhali arasında koronavirus pandemiyasının növbəti dalğasının başlaması ilə bağlı narahatlığa səbəb olub.
Tibb elmləri doktoru, professor Musa Qəniyev yayılmış virusun mənşəyi haqqında danışıb: “Hazırda viral infeksiyada müşahidə olunan artım, telomer itkisi və ya çarpaz bağlantısı səbəbindən, fəsli patogen viruslarda baş verən aktivliklə əlaqədardır. Bu hal, təbiətin mütləq qanunlarından irəli gələn və hər il müşahidə edilən, lakin Covid 19 pandemiyasına qədər heç vaxt yada düşməyən adi və normal bir vəziyyətdir.
Aminturşu ardıcıllığında destruktiv fərqliliyə görə, hazırkı infeksiyalar məlum metodoloji testlərə selektiv dominant genom ardıcıllığı göstərməməli, ekliptik hərəkət boyunca ardıcıl növbələşən 3 dalğa şəklində davam etməlidir.
Hazırda müşahidə edilən 1-ci dalğadır. Onun sönməsi yanvar ayının 1-ci ongünlüyünün sonuna təsadüf etməlidir.
İnfeksiyanın 2-ci dalğası yanvar ayının 2-ci yarısında başlamalı, sönməsi fevral ayının 1-ci ongünlüyünə təsadüf etməlidir.
3-cü dalğa fevral ayının 3-cü ongünlüyündən başlayıb, Novruz bayramına qədər davam etməlidir (boz ay dövrü).
Başqa sözlə desək, hazırki viral infeksiyanın növbələşən artım və sönmə dövrü 1-ci mərhələdə 40 gün, 2-ci mərhələdə 20 gün, sonuncu mərhələdə isə 1 aya qədər davam etməlidir.
Mən hələ aylar öncə, günəşin ekliptik vəziyyətindən mütləq asılılıq səbəbindən, viral infeksiyaların fəslə bağlı sıçrayışlı artımı haqqında dəfələrlə məlumat verərək, bunun qanunauyğun, qaçılmaz və normal bir hal olduğunu bildirmişəm. Hazırki klinik durum antibakterial və ya antiviral müalicə proseduru tələb etmir. Yalnız yüksək temperatur zamanı 1-2 qəbula “Brufen” və ya “Parasetamol”un istifadəsi, maye qəbulu və qısa müddətli istirahət tövsiyyə olunur.
Xatırlatmaq istəyirəm ki, hazırkı fəsli infeksiyanın kontagiozluğu (yolxuculuq əmsalı) yüksək deyildir (Ro indeksi <1-dir). Ağ ciyərlərin zədələnmək riski isə, praktik olaraq sifra bərabərdir. Odur ki, viral infeksiyalarda hazırda müşahidə edilən artım dinamilkasına görə, xüsusi narahatlıq və qorxuya heç bir əsas yoxdur. Bu normal və hər il müşahidə olunan bir haldır”./“AzPolitika.info”