Azərbaycanda dərmanların qiymətinin son 5 ildə durmadan artması, bir çox xəstələrin bu səbəbdən müalicə ala bilməməsi yeni mövzu deyil.
O da bəllidir ki, Türkiyə, Rusiya və Gürcüstanda 3 manata olan dərman Azərbaycanda 9-10 manatadır. Bahalı dərmanların qiymətində isə bu nisbət daha yüksəkdir. Başqa sözlə desək, qonşu ölkələrdə 10-15 manata olan dərmanlar Azərbaycanda 40-50 manata satılır.
Tarif Şurasının qiymətlərini təyin etdiyi bəzi dərmanların siyahısında isə elə preparatlar var ki, onların 2 qutusunun qiymətinə maşın, torpaq, hətta ev almaq olar.
Shafaqadogru.com Bakupost-a istinadən Tarif Şurasının siyahısına daxil edilən yeni və bir sıra bahalı dərmanların qiymətlərini təqdim edir:
1. DİFİCLİR FIDAXOMICIN - 200 mq tablet – 16 970 AZN
Bu dərman bağırsaq ishalı, bağırsaq infeksiyalarına qarşı ən təsirli antibiotikdir. Kanada istehsalıdır.
2. NOVOSEVEN EPTACOG ALFA (ACTVATED) 8 mq, inyeksiya məhlulu üçün toz – 10 935 AZN
Hemofiliya xəstələri üçün preparatdır.
3. CAKAVİ RUXOLITINIB - Tablet – 11.000 AZN
Splenomeqaliya və ya mielofibrozla bağlı xəstəliklərdə təyin edilir.
4. QONAL-F FOLLITROPIN ALFA 600 IU/ml, inyeksiya üçün məhlul – 9 705 AZN
Yumurtalıqların polikistozunda, follikul yetişməzliyində ovulyasiya stimuləedici preparatdır, sonsuzluqda istifadə olunur.
5. HEMLİBRA – 8369 AZN
Hemofiliya xəstələri üçün dərman preparatıdır.
6. TESENTRİQ ATEZOLIZUMAB 60 mq/ml, iyeksiya üçün məhlul – 7534,28 AZN
7. OKREVUS OCRELIZUMAB 30 mq/ml, infuziya məhlulu üçün konsentrat – 7406 AZN
8. KADSAYLA TRASTUZUMAB 160 mq, infuziya məhlulu üçün toz – 7089 AZN
9. QAMMANORM IMMUNOGLOBULIN (HUMAN NORMAL IMMUNOGLOBULIN) – 6498 AZN
10. İNLİTA – 5705 AZN
Maraqlısı odur ki, bu dərmanlar da digər ölkələrdə daha münasib qiymətlərə satılır. Məsələn, Zitiqa Rusiya və Qazaxıstanda 800-900 manata olsa da, Azərbaycanda 5000 manata satılır.
Siyahıda liderlik edən DİFİKLİR FIDAXOMICIN-in qiyməti Avropa ölkələrində 2000-2200 avrodur. Amma göründüyü kimi bizdə qiyməti 16 min manat müəyyən olunub.