"Əgər Ermənistana başqa yol varsa, niyə mağazalarda heç nə yoxdur, valideynlər uşaqlarına niyə qovuşmur?.. Ruben Vardanyan, əgər sən deyirsən ki, bizim başqa bir imkanımız və ya yolumuz var, o zaman ana soruşacaq: “Bəs mənim uşağım, onu niyə gətirmirsən? Cavab ver..."
“Blokada 100 faiz deyil, bizim həyat yollarımız var ki, bizə dərman və ərzaq gətirmək imkanı verir. Ancaq bu imkanlardan kimlərinsə şəxsi məqsədləri, öz mənfəətləri üçün istifadə yolverilməzdir”.
Shafaqadogru.com ABŞ-ın "Azadlıq" radiosunun erməni bürosuna istinadla xəbər verir ki, bunu Putinin himayəsi ilə 3-cü aydır ki, Azərbaycanın suveren ərazisinin bir hissəsində qondrama "dövlət naziri" Ruben Vardanyan dünən "Facebook"-da canlı yayımda deyib.
"Dövlət naziri Vardanyan bir neçə hal misal çəkib. Məsələn, onun sözlərinə görə, bir imkanlı erməni Qarabağ ailəsi blokada zamanı Ermənistana tətilə gedib və qayıdanda tonlarla benzin gətirib. Amma həmin benzini təcili yardım maşınlarını yanacaqla təmin etmək üçün Operativ Qərargaha təhvil vermək əvəzinə, özlərinə sərf edirb Digər bir ailə isə Rusiya sülhməramlıları və daha kimlərsə vasitəsi ilə Qarabağa ərzaq gətirib baha qiymətə satıb...
“Biz hamımız eyni gəmidəyik” deyən Ruben Vardanyan "bərabərlik və ədalətə" çağırıb və bu kontekstdə Ermənistana gediş-gəliş üçün başqa yolların da olduğunu qeyd edib. Bəs o yollar hansı yollardır? Onlarla yük daşımaq mümkündürmü? Dövlət naziri blokadanın 29-cu günündə niyə başqa "həyat yolları"ndan danışır? Separatçı-terrorçu rejimin mətbuat xidməti bu suallara cavab vermir.
Dünən separatçı rejimin qanunsuz "prokuroru" Qurqen Nersisyan "dövlət naziri"nin çıxışı ilə bağlı "Facebook" sosial şəbəkəsində paylaşım edib: “Dövlət qulluğu təmkin, öz sözünə və davranışına yüksək məsuliyyət, balanslı söz və bunun hansı nəticələrə səbəb ola biləcəyini dərk etməyi tələb edir”- "Azadlığ"ın məlumatında bildirilir.
"Yazının başqa heç bir mənası yoxdur, yazıldığı kimi, başa düşülməlidir" deyən "prokuror" Nersisyan “Azadlıq” radiosuna bildirib ki, onlar istənilən ictimai açıqlamnı izləyir və "Qarabağın maraqlarına gətirdiyi fayda və zərər baxımından" qiymətləndirirlər.
"Qarabağ" "prokuroru" xaricə məzuniyyətə getməyib, müharibə bitəndən indiyə kimi Qarabağı tərk etməyib, şəxsi maşını benzinlə yox, qazla işləyir. Belə çıxır ki, Qarabağ prokuroru öz sərt postu ilə Ruben Vardanyanı Xankəndindən Ermənistana "başqa yolların da olduğunu" açıqladığına görə qınayıb.
Dünəndən Qarabağdakı ermənilər də Ermənistana gizli yollarla gedib-gələnlərin adlarını müzakirə edirlər. Amma əsas sual budur: əgər Ermənistana başqa yol varsa, niyə mağazalarda heç nə yoxdur, valideynlər uşaqlarına niyə qovuşmur?
“Ruben Vardanyan, əgər sən deyirsən ki, bizim başqa bir imkanımız və ya yolumuz var, o zaman ana soruşacaq: “Bəs mənim uşağım, onu niyə gətirmirsən? Cavab ver”, – deyə Xankəndi sakini Ellada Kahramanyan soruşur.
Qadın qondarma "dövlət naziri"nin açıqlamalarını qəribə hesab edir və deyir ki, "çox kiçik olmuş Qarabağda indi hamı hər şeyi bilir, yaxşı olar ki, məsələləri hay-küysüz həll edək"- "Azadlıq" radiosunun xəbərində belə deyilir.