Moskvada "Dmitrovskaya" metrostansiyasının yaxınlığında anbarda şiddətli yanğı başlayıb.
Shafaqadogru.com bildirir ki, alovlanma sahəsi 2 min kvadratmetrə çatıb.
TASS-ın məlumatına görə, çökmə 500 kvadratmetr sahədə baş verib.
Yanğın baş verən bina çoxmərtəbəli olub. Bir hissəsi inzibati, yataqxana, anbar hissəsində isə ətir məhsulları saxlanılır. Təhlükəsizlik məqsədilə binanın inzibati hissəsindən 230-dan çox insan təxliyə edilib.
İlkin məlumata görə, anbar yandırılıb, prokurorluq araşdırma başladıb.