Şəfəqə Doğru » Manşet » Ermənilər Fransadan narazıdır – İrəvanda etiraz aksiyası (VİDEO)

Ermənilər Fransadan narazıdır – İrəvanda etiraz aksiyası (VİDEO)

Ermənilər Fransadan narazıdır – İrəvanda etiraz aksiyası (VİDEO)

Bu gün Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib.

 

Shafaqadogru.com  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiya Fransanın İrəvandakı səfirliyinin qarşısında təşkil olunub.

 

Etirazçılar Fransanı Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Bundan əlavə, aksiyaçılar rəsmi Parisi addım atmağa, ermənilərə kömək etməyə çağırıblar.

 

Aksiya zamanı saxlanılanlarla bağlı məlumat yoxdur.

 

Qeyd edək ki, Fransa Laçın yolundakı ekoloji aksiya ilə bağlı BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına zidd olan qətnamənin qəbul olunmasına çalışırdı. Belə olan halda Ermənistanın rəsmi Parisdən narazı qalması qəribə görünür.