Prezident Ərdoğan Stokholmda Türkiyə səfirliyinin qarşısında Quran kitabının yandırılmasından sonra "İsveçin NATO-ya daxil olması üçün gərəkli dəstəyi verməyəcəyik. Bu iş bitdi artıq" mesajına qarşı tərəfdən rəsmi cavab verilib.
Shafaqadogru.com xəbər verir ki, İsveçin baş naziri Kristersson XİN başçısı Tobias Billström və müdafiə naziri Pal Jonsonla birlikdə keçirdiyi mətbuat konfransında Ərdoğanın xəbərdarlığına hörmətlə yanaşdıqlarını deyib: "Təxribatçılar bizim NATO-ya daxil olmamızı əngəlləmək istəyir. Amcaq biz Türkiyə ilə yenidən və təkrar işləyək mexanizmli bir dialoqa dönmək istəyirik. Türkiyə öz qərarını özü verir, buna sayğı duymaq zorundayıq. Biz yaranan bu gərginliyi sakitləşdirmək istəyirik".
Zülfiyyə,