Əməliyyat xidmətlərinin mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada 10-a yaxın ticarət mərkəzində partlayıcı qurğuların quraşdırılması ilə bağlı məlumatları yoxlayırlar.
Bu barədə bazar günü Rusiyanın fövqəladə hallar xidmətlərindən məlumat verilib.
“Hazırda bomba təhlükəsi ilə bağlı anonim xəbərlər daxil olduqdan sonra Moskvanın müxtəlif rayonlarında, o cümlədən paytaxtın mərkəzindəki “Oxotnıy Ryad”da təxminən on ticarət mərkəzində partlayıcı əşyaların və maddələrin olub-olmaması yoxlanılır”, - məlumatında deyilir.
Bildirilir ki, bəzi obyektlər boşaldılıb.
Qeyd olunub ki, yoxlamaların nəticələrə barədə ictimaiyyətə məlumat veriləcək.