Suriyada 25 yük maşınından ibarət karvan hava hücumuna məruz qalıb.
Bu barədə "Al-Arabia" telekanalı məlumat yayıb.
Yük maşınlarının İrandan gəldiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi qruplar üçün silah daşıdığı bildirilib.
Məlumata görə, hadisə Suriyanın Əl-Bukamale şəhəri yaxınlığında “Hizbullah”ın nəzarətində olan qeyri-rəsmi sərhəd-keçid məntəqəsi ərazisində baş verib. PUA-larla endirilən zərbə nəticəsində 6 yük maşını sıradan çıxıb.
Qeyd olunub ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.