Hindistanın Odişa ştatının səhiyyə naziri Kişore Das polis tərəfindən güllələnib.
Shafaqadogru.com TASS-a istinadən xəbər verir ki, 61 yaşlı Kişore Das avtomobilindən çıxdıqda müstəntiq köməkçisi Qopal Das ona bir neçə dəfə atəş açıb.
Yaralı nazir xətəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Güllə nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub.
Atəş açan şəxs saxlanılıb. Hazırda hadisənin detalları araşdırılır. Polisin həyat yoldaşının məlumatına görə, o, uzun illər psixi xəstəlikdən müalicə alıb.