Yanvarın 31-də Bakıda keçirilən Səbail-Kəpəz oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş gənc tutulub.
Səbail RPİ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri ilə 1997-ci il təvəllüdlü şəxsə ayaq nahiyəsindən xəsarət yetirən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ömər Musayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir.