Türkiyədə baş verən zəlzələ böyük insan tələfatına və dağıntılara səbəb olub.
Shafaqadogru.com "TRT Haber"ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı tarixi Qaziantep qalası da dağılıb.
Görüntüləri təqdim edirik:
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.