Şəfəqə Doğru » Manşet » Deputatın ailəsi dağıntılar altında qaldı

Deputatın ailəsi dağıntılar altında qaldı

Deputatın ailəsi dağıntılar altında qaldı

Türkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub.

 

Shafaqadogru.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb.

 

Bu barədə deputatın özü məlumat verib.

 

"İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə o bildirib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.