Şəfəqə Doğru » Manşet » Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb — YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb — YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb — YENİLƏNİB

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.


08:25

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.


"Report"un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.