PKK terror təşkilatı zəlzələni fürsət bilərək Türkiyə sərhədlərinə hücum etməyə cəhd göstərib.
Shafaqadogru.com "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK/YPG terror təşkilatı zəlzələni fürsət bilərək Tel Rıfatdan Öncüpınar sərhəd postunun məsuliyyət zonasına alçq hücum gerçəkləşdirib və artıqlaması ilə cavab verilib", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.