Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib.
Shafaqadogru.com xəbər verir ki, Zelenski bu barədə tviter səhifəsində yazıb.
"Millətə səslənişində Ukrayna üçün güclü dəstək sözlərinə görə təşəkkürlər, Bayden. Biz ABŞ-a Ukraynaya yardımlarda liderlik etdiyi üçün, Amerika xalqına Ukrayna ilə həmrəylik göstərdiyi üçün minnətdarıq. Dəyərlərimiz eynidir, ortaq hədəfimiz isə zəfərdir. Ukrayna azad şəkildə öz gələcəyini seçir. Belə də olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Bayden çıxışı zamanı Ukraynaya dəstəyin davam edəcəyini vurğulamışdı.