Şəfəqə Doğru » Manşet » Zelenski Baydenə təşəkkür etdi

Zelenski Baydenə təşəkkür etdi

Zelenski Baydenə təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib.

 

Shafaqadogru.com  xəbər verir ki, Zelenski bu barədə tviter səhifəsində yazıb.

 

"Millətə səslənişində Ukrayna üçün güclü dəstək sözlərinə görə təşəkkürlər, Bayden. Biz ABŞ-a Ukraynaya yardımlarda liderlik etdiyi üçün, Amerika xalqına Ukrayna ilə həmrəylik göstərdiyi üçün minnətdarıq. Dəyərlərimiz eynidir, ortaq hədəfimiz isə zəfərdir. Ukrayna azad şəkildə öz gələcəyini seçir. Belə də olacaq", - deyə o bildirib.

 

Qeyd edək ki, Bayden çıxışı zamanı Ukraynaya dəstəyin davam edəcəyini vurğulamışdı.