Şəfəqə Doğru » Manşet » Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO

Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO

Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO

Türkiyəyə yardımla bağlı “Əl oyunları” sarayında təşkil edilən yardım kampaniyası çərçivəsində insanların əraziyə axını davam edir.

İnsanlar yardım məqsədilə daha çox kişi geyimləri, kurtkalar, adyallar, döşəklər, yorğanlar, qeyri-qida ilə yanaşı içməli sular, konservlər gətirirlər.



Ərazidə RİİB könülləri, Heydər Əliyev Fondunun nümayəndələri və digər vətəndaşlar əşyaların daşınmasına köməklik edirlər.

Vətəndaşların şəxsi nəqliyyat vasitələri ilə gəldiklərini nəzərə alaraq DYP əməkdaşları tərəfindən Bayıl istiqamətindən Azneft dairəsinə və əks istiqamətə nəqliyyatın hərəkəti tənzimlənir.

Sürücülərdən nəqliyyat vasitələrini yolun hərəkət istiqamətində saxlamamaları xahiş olunur.

(oxu.az)