Şəfəqə Doğru » Manşet » Putin bu tarixdə Moskvada mitinq-konsert keçirəcək

Putin bu tarixdə Moskvada mitinq-konsert keçirəcək

Putin bu tarixdə Moskvada mitinq-konsert keçirəcək

Kreml fevralın 22-də Moskvada mitinq-konsertin keçirilməsini planlaşdırılır.

Shafaqadogru.com  Rusiya KİV-nə istinadən xəbər verir ki, tədbirin “Lujniki” stadionunda təşkili nəzərdə tutulur və bu, prezidentin Federal Məclisə müraciətinin bir növ davamı olacaq.

Məlumata görə, genişmiqyaslı mitinq-konsertdə president Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.

Bununla bağlı xəbəri üç ayrı mənbə RBK-ya təsdiqləyib. Hər üç mənbəninm dediyinə görə, tədbir üçün ən çox ehtimal olunan yer “Lujniki”dir.

Bildirilir ki, bu il Kreml Ukraynadakı müharibənin ildönümündə prezidentin Federal Məclisə müraciətini təşkil etmək istəyir. Dövlət başçısının parlament qarşısında çıxışı mitinq-konsertdən bir gün əvvəl, fevralın 21-nə planlaşdırılır.

Prezidentin sözçüsü Dmitri Peskov, RBK-nın sorğusuna cavab olaraq, “Lujniki”dəki planlaşdırılan tədbirlə bağlı "hələ ki deyəcək bir şey yoxdur" söyləyib.


Sonuncu dəfə ötən il martın 18-də, Krımın Rusiyaya birləşdirilməsinin ildönümündə “Lujniki”də Putinin iştirakı ilə mitinq-konsert keçirilib.