Ötən gün ABŞ F-16 təyyarəsinin Huron gölü üzərində vurduğu uçan naməlum obyektlə bağlı (UNO) yeni informasiya verilib.
Shafaqadogru.com “Reuters”ə istinadən bildirir ki, obyektin prezident Co Baydenin əmri ilə ABŞ ordusu tərəfindən vurulduğu bəlli olub. Agentlik bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. Administrasiya rəsmisi vurğulayıb ki, Vaşinqtonda məhv edilmiş obyektin kəşfiyyat fəaliyyəti ilə məşğul olmasına dair heç bir sübut yoxdur, lakin ölkə hakimiyyəti bunu istisna edə bilməz.
Obyektin ilkin olaraq şənbə günü Montana ştatı üzərindəki hava məkanında aşkar edildiyi vurğulanıb. Digər tərəfdən, son iki gündə vurulan naməlum obyektlərin fevralın 4-də prezident Co Baydenin göstərişi ilə Sakit okeanda vurulan Çin casus şarı ilə əlaqəli olub-olmadığı araşdırılır. Sözügedən casus şarları illərdir Tayvanın hava məkanında üzür.
Xatırladaq ki, bundan əvvəl də ABŞ hökuməti və Kanada ötən günlərdə Alyaska üzərində naməlum uçan obyekt (UNO) vurduqlarını açıqlayıb. Oxşar hadisə Yukon bölgəsində və Miçiqanda da qeydə alınıb.// sfera.az