Şəfəqə Doğru » Manşet » DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT

DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT

DİN-dən bu şəxslə bağlı əhaliyə MÜRACİƏT

Bakıda kuryerin avtomobilindən 6 ədəd “İphone” oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində vətəndaşlardan birinin avtomobilinin şüşəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib.

 

Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib.

 

Faktla bağlı arşadırmalar davam etdirilir.

 

DİN bildirir ki, Ozal Orduxanlının paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur: "Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".