Şəfəqə Doğru » Manşet » 10-cu günün möcüzəsi: 42 yaşlı qadın sağ qaldı

10-cu günün möcüzəsi: 42 yaşlı qadın sağ qaldı

10-cu günün möcüzəsi: 42 yaşlı qadın sağ qaldı

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan daha bir nəfər xilas edilib.

 

Shafaqadogru.com  yerli mətbuata istinadən xəbər verir ki, zəlzələnin 222-ci saatında 42 yaşlı qadın yaşayış binasının dağıntıları altından sağ çıxarılıb.

 

Zəlzələnin 10-cu günündə sağ qalan Melike İmamoğluya ilkin tibbi yardım göstərilib və təcili yardımla xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.