Şəfəqə Doğru » Manşet » "İrəvan Tehrana da xəyanət edir" - Korotçenko

"İrəvan Tehrana da xəyanət edir" - Korotçenko

"İrəvan Tehrana da xəyanət edir" - Korotçenko

Ermənistanda AB missiyasının yerləşdirilməsi digər regional oyunçuların, xüsusən də İranın maraqlarına zərbə vurur. Tehran başa düşməlidir ki, Ermənistan ərazisində olan Qərb kəşfiyyatçıları İranın özü haqqında da məlumat toplayacaqlar.

Bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Qərb müşahidəçiləri diplomat adı altında erməniləri öz sıralarına cəlb edəcək, onlarla qeyri-rəsmi, gizli əlaqə yaradacaqlar:

“Ona görə də belə bir missiyanın mövcudluğu İranın milli təhlükəsizliyinə təhdid yaradır, mən hələ Rusiyanı, Azərbaycanı demirəm. Qlobal miqyasda İran rəhbərliyinə tamamilə aydın olmalıdır ki, Ermənistan Qərbin dayağına çevrilir. İranın yanında NATO-nun hərbi bazasının olması nəyə lazımdır? Üstəlik, Ermənistan xarici siyasət vektorunu çox tez dəyişməyə qadir ölkə kimi tanınır. Budur, bir misal - mən Rusiya ilə dost idim, indi isə bitdi, bu qədər. Münasibətlər, yumşaq desək, sürətlə pisləşir. Bu, İrəvan-Tehran yolunda da baş verə bilər. Hesab edirəm ki, Cənubi Qafqaz və Xəzər regionunda AB-nin olmaması region ölkələrinin ümumi maraqlarına cavab verir. Amma çox təəssüf ki, proses artıq başlayıb və biz onun nəticələri ilə üzləşəcəyik”.