Ermənistan-Azərbaycan sərhədində alman polisləri də yerləşdiriləcək.
Bu barədə Almaniyanın NTV nəşri bildirib.
Xəbərə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşəcək monitorinq missiyasına Almaniyadan 15 polis cəlb olunacaq.
Ermənistan KİV-də yayılan xəbərlərdə Avropa İttifaqı missiyasında 100-ə yaxın kişi və qadının təmsil olunacağı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədinə 200 müşahidəçi göndərmək barədə qərar qəbul edib. Müşahidəçilər arasında Fransadan 70 jandarmın olacağı artıq açıqlanıb.