Şəfəqə Doğru » Manşet » Təranənin qızlarını Rəqsanə evinə aparıbmış - Kəmalə Ağazadə

Təranənin qızlarını Rəqsanə evinə aparıbmış - Kəmalə Ağazadə

Təranənin qızlarını Rəqsanə evinə aparıbmış - Kəmalə Ağazadə

Həbs edilən Təranə Səmədovanın qızı Suel və Adel Azərbaycan Uşaq Birliyinə yerləşdiriliblər.


Bu haqda Teleqraf.com-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib:


“Uşaqların tibbi müayinədən keçirililməsinə başlanılıb, sabah iş yekunlaşacaq. Səhhətlərində ciddi bir problem yoxdur. Böyük qızı Suelin 13 yaşı var, kiçik qızı isə yeddi aylıqdır. Yeddi aylıq körpəyə xüsus qayğı lazımdır. Hiss olunur ki, uşaq düzgün qidalanmayıb, orqanizmi zəifdir. Onu da həkimlərlə məsləhətləşib qida rasionunda dəyişiklik edəcəyik.


Böyük qızda yadaşıdıqlarına görə travma var. Onunla psixoloqlar işləməyə başalayacaq. Hazırda buraya adaptasiya olmağa çalışır. Bir neçə gün öncə bizə Təranə Səmədovanın qonşularından müraciət daxil olmuşdu. Mən onları yönləndirmişdim ki, bu barədə Xətai Rayon İcra Hakimiyyyətinə məlumat verilməlidir.


Həmin dövrdə də Təranə Səmədovanın həbsi həyata keçirilib. Rəqsanə İsmayılova dərhal buna reaksiya verib. Uşaqları yanına aparıb. Rəqsanə İsmayılova mənimlə danışan zaman dedi ki, qanun nəyi tələb edir, o addımları atmaq lazımdır. Kəmalə xanım, siz nəyi məsləhət görürsünüz?


Biz də bildirdik ki, uşaqları müəssisəyə yerləşdirilməli və bu məsələyə hüquqi qiymət verilməlidir. Uşaqların təhlükəsizliyi, psixoloji durumları, sağlamlıqları və təhsili ilə bağlı qərarlar verilməlidir. Biz uşaqları sığınacağa rəsmi qaydada qəbul edirik”.


Kəmalə Ağazadə “prodüser Tarix Əliyev deyib ki, Təranə Səmədova qızını diləndirib. Bu nə dərəcədə doğrudur” sualına isə “Müraciətlər hazırlanacaq və bununla hüquq-mühafizə orqanları tədqiqat aparır. Bu məsələyə aydınlıq gətirəcəklər” - deyə cavab verib.


Ətraflı

Ad - 00:11

Qeyd edək ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.


Müəllif: Rəqsanə Həsənova


print