Türkiyədə baş verən dəhşətli zəlzələdə ölənlərin sayı 41 min 156 nəfərə çatıb.
Shafaqadogru.com xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer məlumat verib.
O, bildirib ki, bu günə qədər aparılan axtarış xilasetmə işləri zamanı ümümilikdə 41 min 156 nəfər vəfat edib, 105 min 505 adam isə yaralanıb.
Təxliyə işlərinin davam etdiyini deyən sədr, bu günə qədər 460 min 945 nəfərin təxliyə edildiyini bildirib.
Onlardan 318 970 nəfəri qonaq evlərində və mehmanxanalara yerləşdirilib.
Sədr həmçinin Kahramanmaraş və Hatay istisna olmaqla digər rayonlarda axtarış-xilasetmə işlərinin yekunlaşdığını qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş vilayətlərdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.