Şəfəqə Doğru » Manşet » "Müharibə onlara heç vaxt lazım olmayıb"

"Müharibə onlara heç vaxt lazım olmayıb"

"Müharibə onlara heç vaxt lazım olmayıb"

“ABŞ və Avropa ölkələrinin məqsədi Rusiyanı məhv etmək və ya nəzarət altına almaq deyil”.
Bunu ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib.
O bildirib ki, Qərb ölkələri Rusiyaya hücum etmək fikrində deyil: “Milyonlarla rus qonşuları ilə sülh şəraitində yaşamaq istəyir. Bu müharibə onlara heç vaxt lazım olmayıb. Bu, faciədir”.
Baydenin fikrincə, Ukraynada baş verənlər Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin nəticəsidir və o, “öz sözü ilə” münaqişəni dayandıra bilər.
Bir qədər əvvəl Putin Federal Məclisə müraciəti zamanı demişdi ki, Qərb ölkələrinin məqsədi “bu gün Ukrayna adlanan tarixi ərazilərini Rusiya Federasiyasından ayırmaqdır”.
Onun sözlərinə görə, Ukraynada bu niyyəti həyata keçirmək cəhdi Qərbin “anti - Rusiya ” yaratmaq layihəsi çərçivəsində həyata keçirilir .
Rusiya prezidenti vurğulayıb ki, bu layihə yeni deyil və tarixi 19-cu əsrə gedib çıxır.