Şəfəqə Doğru » Manşet » “Gələcək pandemiyalara hazır olmalıyıq” - ÜST

“Gələcək pandemiyalara hazır olmalıyıq” - ÜST

“Gələcək pandemiyalara hazır olmalıyıq” - ÜST

“İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus qeyd edib ki, pandemiya bərabərsizliyə töhfə verib və səhiyyə sistemindəki çağırışları daha da qabardıb:

“Postkovid dövründə hər ölkə preventiv tədbirləri gücləndirməli, sürətli şəkildə gələcək pandemiyalara qarşı mübarizəyə hazır olmalıdır. Çünki daha təhlükəsiz, sağlam və bərabər sistemlərin qurulması istiqamətində təcrübələr çox zəruridir”.

ÜST rəhbəri eyni zamanda deyib ki, səhiyyə ilə bağlı yerli istehsalatın qurulması və bu sahələrə sərmayə qoyulması olduqca vacibdir: “Bu, ÜTS üçün bir prioritetdir”.