Şəfəqə Doğru » Manşet » Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

Bu günlərdə redaksiyamıza Qazax şəhər   avtovağzalında  mövcud  olan  bir çox neqativ hallar barədə məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, şəhər  avtovağzalı  vağzala deyil, daha çox ticarət mərkəzinə bənzəyir. Beləki ,hal-hazırda burada  30-a  yaxın ticarət mağazası  fəaliyyət göstərir. Mağazalar və  iaşə obyektləri   artıq  aftovağzalın xaricində və içərisində olması ilə bərabər,  insanların mülki müdafiəsi üçün nəzərdə tutulmuş zirzəmidə də  yerləşdirilib. Burada  “Böyük ucuzluq” adlı  3 mərtəbəli böyük bir mağaza da  fəaliyyət göstərir.  Müraciətlərin əksəriyyəti  isə sözügedən  3 mərtəbəli  magazanın zirzəmisi  ilə  bağlıdır. Vətəndaşların mülki müdafiəsi  üçün  nəzərdə tututlmuş həmin zirzəmidə ticarət fəaliyyəti  göstərildiyi bildirilir.  


Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib

 Qazax şəhər sakinlərini narahat edən də məhz bu  mövzudur.  Çünki,  Qazax rayonu mənfur qonşu respublika ilə həmsərhəddir və rayon sakinləri hal-hazırda müharibə gözlənilən şəraitdə yaşayırlar. Hətta bu barədə avtovağzalın “ Xan Eyvaz” ləqəbli müdürinə  şəhərin bəzi ziyalı və ağsaqqaları məsləhət versələr də, o bunların heç birinə məhəl qoymamış və öz ciblərini doldurmaq üçün,hər şeyi gözə almışdır.  Bununla kifayətlənməyən “Xan Eyvaz” kəndlərə işləyən marşrut avtobuslarından   hər günə bir 1.50 azn pul yığır. Uzağa gedən manşrutlardan isə daha çox yığılır. Sürücülərin bir neçəsindən müsahibə götürdük. Yığılan pulların qarşılığında  hansısa qəbz verilib  verilmədiyini soruşduq. Süücülərin   bildirdiyinə  görə, onlara heç bir qəbz verilmir . Şəhərlər arası  manşrut aftobusları  isə  başqa şeylərdən şikayətçidirlər. Çünki,vağzalın ərazisində manşurut avtobuslarından çox şəxsi mikroavtobuslar və taksilər onların müştərilərini aradan çıxarır ki, buna da “Xan Eyvaz “ şərait yaradır. Çünki , vağzal rəhbərliyi tərəfindən  onlardan daha çox pul alınır. Vergidən yayınmaları barədə isə, araşdırmalarımız davam edir. Bu  haqda sonraki saylarımızda yazacağıq. Avtovağzalın rəhbər  şəxləri bu  faktlarla  əlaqədar,  KİV haqqında qanunun 8 maddəsini pozaraq, müsahibə verməkdən imtina edirlər və telefon zənglərinə belə cavab vermək istəmirlər.


Ümidvarıq ki, aidiyyətı qurumlar cavabsız buraxılan suallarla  bağlı  araşdırma  edib bizim  redaksiyamıza da yardımçı olarlar.(Shafaqadogru.com)


Qarşı tərəfi dinləməyə  və fikirlərini dərc etməyə hazırıq .