Ukraynanın Luqansk, Odessa və Xmelnitski vilayət hərbi administrasiyalarının rəhbərləri vəzifələrindən azad olunublar.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Qərara əsasən, Sergey Qayday Luqansk, Maksim Marçenko Odessa, Sergey Qamal isə Xmelnitskindəki vəzifəsindən kənarlaşdırılıb.