Şəfəqə Doğru » Manşet » Pulsuz un paylandı, izdiham yarandı – Ölənlər və yaralılar var

Pulsuz un paylandı, izdiham yarandı – Ölənlər və yaralılar var

Pulsuz un paylandı, izdiham yarandı – Ölənlər və yaralılar var

Pakistanda hökumət 2 əyalətdə pulsuz un paylayıb və izdiham yaşanıb.

Shafaqadogru.com -un  xarici mediaya istinadən məlumatına görə, izdihamda 2-si qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Pəncab və Hayber Paxtunxva əyalətlərində federal hökumətin məhdud miqdarda pulsuz unun paylanacağı barədə açıqlaması iğtişaşlara səbəb olub.

Pəncabın Multan, Müzəffərqarh və Faisalabad şəhərlərində də izdiham nəticəsində 4 nəfər həyatını itirib.

Hayber Paxtunxva əyalətinin Bannu və Çarsadda şəhərlərində isə 2-si qadın olmaqla 3 nəfər həyatını itirib.