Şəfəqə Doğru » Manşet » Özbəkistanda partlayış - Ölənlər var

Özbəkistanda partlayış - Ölənlər var

Özbəkistanda partlayış - Ölənlər var

Özbəkistanın Səmərqənd vilayətində partlayış olub.

 

Shafaqadogru.com  "Kun.uz"a istinadən xəbər verir ki, hadisə vilayətin Kəttəkurqan rayonunda qeydə alınıb.

 

Belə ki, yaşayış binasında partlayışın baş verməsi nəticəsində 4 nəfər həyatını itirib.

 

Araşdırmalarla məlum olub ki, partlayışın səbəbi qaz sızması olub. Qaz sobası yandırılan anda baş verən partlayış yaşlı cütlük və onların iki azyaşlı nəvəsinin həyatına son qoyub.

 

Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.