Şəfəqə Doğru » Manşet » Rusiyanı qarışdıran 26 yaşlı qız — Putinə zərbəni belə vurdu (VİDEO)

Rusiyanı qarışdıran 26 yaşlı qız — Putinə zərbəni belə vurdu (VİDEO)

Rusiyanı qarışdıran 26 yaşlı qız — Putinə zərbəni belə vurdu (VİDEO)
Hərbi müxbir Vladlen Tatarskinə qarşı hücumun təşkilində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

Shafaqadogru.com Demokrat.az-a isdinadən  
xəbər verir ki, o, kafedə partlayışa səbəb olan partlayıcı qurğunu əraziyə gətirməkdə şübhəli bilinir. İddialara görə, kafeyə içində partlayıcı olan heykəli Trepova gətirib.

Qeyd edək ki, Sankt-Peterburqda kafedə hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi zamanı partlayış olub. Nəticədə Vladlen Tatarski həlak olub, 30 nəfər xəsarət alıb. Vladlen Tatarski Prezident Vladimir Putin lehinə təbliğatlar aparmaqla tanınırdı.