Meksika körfəzində "Piper PA-32" tipli təkmühərrikli təyyarə qəzaya uğrayıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər - iki kişi və iki qadın həlak olub. Nəşrin məlumatına görə, ölənlər arasında Amerikanın "Raytheon" silah şirkətinin direktor müavini Ceff Lumpkin və onun həyat yoldaşı da var.
Qeyd olunur ki, qəza aprelin 5-i axşam saatlarında baş verib. Qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.