Şəfəqə Doğru » Manşet » İsrailə raket hücumunun detalları məlum olub

İsrailə raket hücumunun detalları məlum olub

İsrailə raket hücumunun detalları məlum olub

Bu gün Livan ərazisindən İsrailə azı 34 raket atılıb. Onlardan 25-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 5-i İsrail ərazisinə düşüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qərbi Qaliley bölgəsində (İsrailin şimalında, Livanla sərhəddə - red.) ilkin araşdırma zamanı Livan ərazisindən İsrail ərazisinə atılan 34 raket aşkarlanıb. 25 raket İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Beş raket İsrail ərazisinə düşüb. Dörd əlavə raketə gəlincə, onların yeri barədə məlumat dəqiqləşdirilir”, - deyə mətbuat xidmətindən bildirilib.

Açıqlamanın yekun məlumatlar olmadığı vurğulanıb.